"Barselona"nın futbolçusu Miralem Pyaniç komandadan ayrılır.
"Unikal" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Şarja" klubu ilə razılaşıb. Kataloniya təmsilçisinin baş məşqçisi klubun Xavi Pyaniçlə yollarını ayıracağını təsdiqləyib: "Miralem Pyaneç daha çox oyun keçirmək üçün "Barselona"nı tərk etmək qərarına gəlib".
BƏƏ klubu bosniyalı futbolçu ilə 2025-ci ilədək müqavilə imzalayacaq. Pyaniç müqavilə imzalamaq üçün bu gün Şarja şəhərinə yollanacaq.
Qeyd edək ki, Miralem Pyaniç 2020-ci ildən "Barselona"nın formasını geyinir.