Tyerri Anri Kilian Mbappe və Erlinq Haalandı müqayisə edib.
"Unikal" xəbər verir ki, hər iki ulduz ötən gecə Çempionlar Liqasında dubla imza atıb. 45 yaşlı sabiq futbolçu fransalı forvardı Haalanddan üstün tutduğunu açıqlayıb:
"Mbappe qol imkanı yarada və bitirə bilir. Haaland isə yaratmır, sadəcə bitirir. Mbappe sağda, solda, mərkəzdə oynaya bilir. Haaland isə yalnız mərkəzdə çıxış edir. Möhtəşəm bir futbolçudur, ötən mövsüm "Real"a qarşı oyunda qalib gələ bilərdi. İndiki seçimim isə Mbappedir".
Qeyd edək ki, ÇL-nin qrup mərhələsində ilk turu üzrə "Yuventus"la oyunda (2:1) Kilian Mbappe, "Sevilya"ya qarşı matçda (4:0) isə Erlinq Haaland dubl edib.