"Qalatasaray" transfer pəncərəsinin son günündə 5 yeni futbolçunu heyətinə qatıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Cim-Bom" Mauro İkardi, Yusuf Demir, Matias Ross, Milot Raşitsa və Xuan Matanı transfer edib. 

Klub İkardini PSJ-dən, Raşitsanı isə "Norviç Siti"dən icarəyə götürüb. "Qalatasaray" 19 yaşlı Yusuf Demirin transferi üçün "Rapid"ə 6 milyon avro ödəniş edəcək.

Bundan əlavə, "sarı-qırmızılar" Xuan Mata və Matias Rossla danışıqlar apardıqlarını açıqlayıb.