"Çelsi" yeni baş məşqçisinin adını açıqlayıb.

"Unikal" xəbər verir ki, London təmsilçisi son olaraq "Brayton"nu çalışdıran Qrem Potterə tapşırılıb.

Potter bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Tomas Tuheli əvəz edib. Onunla 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Potter 2019-cu ildən "Brayton"u çalışdırırdı.