İyun ayında müqaviləsinin müddətinin başa çatması ilə "Liverpul"la vidalaşan Loris Kariusun yeni klubu bəlli olub.

"Unikal" xəbər veir rki, 29 yaşlı qolkiper İngiltərə Premyer Liqasına geri dönüb. O, azad agent olaraq "Nyu Kasl" klubu ilə razılığa gəlib. Müqavilənin müddəti 2023-cü ilə qədərdir.

Qeyd edək ki, 2016-cı ildən "Liverpul"un formasını geyinən Karius ötən mövsüm icarə əsasında "Yunion" (Berlin) komandasında çıxıış edib.