"Qalatasaray" futbolçusu Oğulcan Çağlayanı icarəyə göndərib.
"Unikal" xəbər verir ki, klubun saytında yer alan məlumata görə, 26 yaşlı hücumçu karyerasını "Girəsunspor"da davam etdirəcək. Onunla 2022/23 mövsümünün sonunadək müqavilə imzalaıb.
Qeyd edək ki, Oğulcan 2020-ci ildən oynadığı "Qalatasaray"da cəmi 29 oyuna çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini verib.