Kadis şəhərinin "Nuevo Mirandilya" stadionunda eyniadlı yerli klubu İspaniya çempionatının 5-ci turu çərçivəsində "Barselona" komandasını qəbul edib.
"Unikal" xəbər verir ki, Kataloniya komandası 4:0 hesabı ilə qalib gəlib. Hesabı 55-ci dəqiqədə "Barsa"nın yarımmüdafiəçisi Frenki De Yonq açıb. 65-ci dəqiqədə hücumçu Robert Levandovski qonaqların üstünlüyünü ikiyə çatdırıb.
Qeyd edək ki, matçın sonunda görüşü izləyən azarkeşlərin birinin halı pisləşib. Bildirilib ki, defibrilatordan istifadə etmək məcburiyyəti yaranıb. Qarşılaşma yarım saat dayandırılıb, bundan sonra komandalar görüşü davam etdirib. Bundan sonra hücumçu Ansu Fati "Barselona"nın 3-cü qolunu atıb. Oyuna əlavə olunmuş vaxtda "Barselona"nın hücumçusu Usman Dembele fərqlənib.