Futbol üzrə Çempionlar Liqasının II turunda Şotlandiya “Reyncers”i ilə İtaliyanın “Napoli” klubları arasında keçiriləcək oyun Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniyada milli matəm elan olunduğu üçün sentyabrın 13-dən 14-nə keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Həmçinin “Napoli” azarkeşlərinin Qlazqo matçına, “Reyncers” azarkeşlərinin isə Neapoldakı cavab oyununa buraxılmaması qərara alınıb.
Qeyd edək ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Monarxın ölümü səbəbilə Böyük Britaniyada sentyabrın 9-dan 10 günlük matəm elan edilib.