Cüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən Açıq Avropa turnirində 6 medal qazanıb.
"Unikal" reporta istinadən xəbər verir ki, yarışa yollanan 13 idmançıdan 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc medala sahib olub.
Yeganə qızıl medalı 100 kq çəki dərəcəsində Zelim Kotsoyev əldə edib. O, finalda Azərbaycanın digər təmsilçisi Məmmədəli Mehdiyevi yenib. Mehdiyev isə gümüş medalla kifayətlənib.
Daha 2 gümüş medalı 60 kq çəkidəki Rövşən Əliyevlə 66 kq-da Orxan Səfərov qazanıb.
Bürünc medallara isə 81 kq-da Səid Mollayi, eləcə də 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri və Camal Qamzatxanov sahib çıxıb.
Azərbaycan medal əyarına görə ümumi hesabda 3-cü, kişilər arasında isə 2-ci yeri tutub.