"Liverpul" "Real"ın futbolçusu Fede Valverdeni transfer etmək istəyib. 

"Unikal" "AS" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Kral klubu"na 100 milyon avro təklif göndərib. Lakin İspaniya nənəngi bu təklifi geri çevirib. Belə ki, 24 yaşlı yarımmüdafiəçi toxunulmazdır.

Qeyd edək ki, uruqvaylı futbolçu 2017-ci ildən "Real"ın əsas komandasına transfer olunub. Valverdenin Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir.