Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.
"Unikal" xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 7 görüşdən 2-si artıq yekunlaşıb.
C qrupunda İtaliya "İnter"i Çexiyada "Viktoriya" (Plzen) komandasını 2 cavabsız qolla məğlub edib. 20-ci dəqiqədə Edin Dzeko, 71-ci dəqiqədə Denzel Dumfris fərqlənib.
Portuqaliyada "Sportinq" və İngiltərə "Tottenhem"i arasında oynanılan D qrupunun oyununda isə meydan sahibləri eyni hesablı qələbə qazanıb.