Belarus prezidenti Aleksandr Lukaşenkonun son görüntüləri dünya mediasının diqqətini çəkib.
"Unikal" xəbər verir ki, Belarus lideri odun doğradığı anı sosial şəbəkə hesabında paylaşaraq, avropalılara dəstək oduğunu bildirib.
Belə ki, Lukaşenko Rusiya qazından imtina edən Avropa ölkələrinə məsləhət verib. O, "Biz Avropanın donmasına imkan verməyəcəyik, Semenoviç. Gəlin qardaşlarımıza kömək edək”, - deyib.
Onun sözlərinə görə, ən çox sadə insanlar, fəhlə və kəndlilərin qışda qazsız qalması narahatedici durumdur.
Gülayə Mecid