2024-cü ilin yanvar-sentyabr aylarında 1031 yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olub.

Onlardan 520-si həlak olub, 914-ü isə yaralanıb. Hadisələrin 41,0 faizi gündüz, 40,6 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib.