Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidə missiyasının sentyabrın 15-də Ermənistana gedəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.
"Biz inanırıq ki, missiya sabah gələcək. Bizim müraciətimiz KTMT Şurasında lazımi qaydada müzakirə edilib və müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edilib. Ümid edirik ki, missiya sabah gələcək", - deyə Mirzoyan parlamentdə sual-cavab zamanı bildirib.
Ağarza Elçinoğlu