İsveçin Baş naziri Maqdalena Andersson istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Xatırladaq ki, Maqdalena Andersson 2021-ci ilin noyabr ayında baş nazir seçilib.

M.Andersson 2014-cü ildə İsveçin maliyyə naziri olub.

21:46

İsveçin baş naziri Maqdalena Andersson çərşənbə günü keçirdiyi mətbuat konfransında parlament seçkilərində məğlub olduğunu etiraf etdiyini və cümə axşamı, sentyabrın 15-də istefa verəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə baş nazirin özü açıqlama verib. 

"Sabah mən baş nazir vəzifəsindən istefa verəcəyəm və hökumətin formalaşması prosesinin davam etdirilməsi üçün məsuliyyət spikerə və parlamentə keçəcək"- deyə Maqdalena Andersson bilidirib.