Rusiyanın Ukraynaya işğalçı hücumu nəticəsində 39 media işçisi həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Milli Jurnalistlər Birliyi məlumat yayıb.
Bildirilir ki, fevralın 24-dən bəri 39 jurnalist peşə borcunu yerinə yetirərkən həyatlarını itiriblər.
Milli Jurnalistlər Birliyinin rəhbəri Serhiy Tomilenkonun sözlərinə görə, ölənlər arasında "The New York Times”, “Time” qəzetlərinin müxbirləri və "Fox News"un irlandiyalı fotojurnalisti də var.
Gülayə Mecid