Azərbaycanın iki cüdoçusu Polşanın Pila şəhərində keçirilən 23 yaşadək gənclər arasında Avropa çempionatında qızıl medal qazanıblar.

"Unikal" xəbər verir ki, Hüseyn Allahyarov (60 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycanın digər təmsilçilərindən Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) isə bürünc mükafata layiq görülüb.

Bununla da milli komanda turnirin ilk gününü 4 medalla başa vurub.

Qeyd edək ki, noyabrın 17-dək davam edəcək Avropa çempionatında Azərbaycan 11 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunur.

*** 20:55

Azərbaycan təmsilçisi Fidan Əlizadə Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qızıl medalını qazanıb.

"Unikal" xəbər verir ki, idmançımız 57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün Azərbaycan cüdoçusu Hüseyn Allahyarov (60 kq) da qızıl medal qazanıb.

Aydan Vəliyeva (52 kq) isə həlledici mərhələdə uduzaraq gümüş medalla kifayətlənib. Rüfət Şövlətov (73 kq) isə bürünc medal uğrunda qarşılaşmada qələbə qazanıb.