Ermənistanda parlamentin iclası zamanı qalmaqal yaşanıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan çıxışı zamanı Baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsinin vacibliyini vurğulayıb.
Belə ki, o, “Vəziyyət dəhşətlidir, yalnız bir çıxış yolu var: yeni hökumət, yeni hökumət, bu vəziyyətdən çıxa biləcək yeni Baş nazir... Nikoli xilas etməyin vaxtı deyil, vətəni xilas etməyin vaxtıdır... satqın etiketi hamınıza yapışacaq”, - deyə tribunada qışqırıb.
Onun bu çıxışı parlamentdə gərginliyə səbəb olub.
Müxalif deputatlar Geqama dəstək olarkən, digərləri onu tribunanı tərk etməyk bildiriblər. Bu zaman deputatlar arasında gərginlik yaşanıb və iclas 20 dəqiqəlik fasiləyə çıxıb.
Gülayə Mecid