Sentyabrın 15-də Baqramyan prospektində Ermənistan parlamentinin binası qarşısında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.
"Unikal" xəbər verir ki, qalxan və dəbilqə ilə silahlanmış polislər parlamentin darvazaları qarşısında düzülüb.
Xatırladaq ki, ötən gecə də Baqramyan prospektində Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilib.
Ötən gün Gümrüdə, Stepanakertdə və Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında da Paşinyanın istefasını tələb edən kortəbii aksiyalar keçirilib.