Qvatemalada müstəqillik günü qeyd etmələri zamanı baş verən izdihamda 9 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, Qvatemalanın Quetzaltenanqo şəhərində müstəqillik günü münasibətilə keçirilən konsertdə izdiham yaranıb.
Hadisə zamanı 9 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. Səlahiyyətlilər həyatını itirən 9 nəfərdən 2-nin uşaq olduğunu bildirib.
Həyatını itirənlərin şəxsiyyətinin hələ müəyyən edilmədiyini qeyd edən hadisə şahidləri təşkilatçıların giriş-çıxışları bağladığını, lakin arxada olanların qapının açıq olduğunu düşünərək bir-birini itələdiyini və sıxlıq yaratdığını bildirilib.