ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə sonu bu ölkəyə dəstək göstərmək üçün Ermənistana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Nəşrin məlumatına əsasən Pelosini Palata üzvü Ceki Speyer müşayiət edəcək. Onun baş nazir Nikol Paşinyan, eləcə də digər hökumət rəsmiləri ilə görüşü gözlənilir.
Qarşıdan gələn səfərlə bağlı suala spikerin aparat rəhbərinin müavini Drew Hammill deyib: “Biz təhlükəsizlik protokollarına görə beynəlxalq səyahət məlumatlarını əvvəlcədən təsdiq və ya təkzib etmirik”.