“The Sun” qəzetinin Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdi ilə bağlı dərc etdiyi xəbərin heç bir əsası yoxdur.
“Unikal” xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, “The Sun” qəzeti Vladimir Putinə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumat dərc etmişdi. Məlumata görə, Rusiya prezidentinin avtomobili sol ön təkərindən sərt zərbə alıb, ardınca isə nəqliyyat vasitəsində güclü tüstüləmə baş verib.
Avtomobil təhlükəsiz yerə aparılıb. Prezidentin özü isə xəsarət almayıb. Qeyd olunub ki, artıq dövlət başçısının bəzi mühafizəçiləri həbs olunub.