Zaporojyeda işğal olunmuş Berdyansk “administrasiyasının rəhbəri”, deputat Oleq Boyk və həyat yoldaşı Lyudmila Boyk güllələnib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onların cəsədləri evlərinin qarajında tapılıb.
Cütlüyün kim və ya kimlər tərəfindən öldürüldüyü məlum deyil. Hadisə yerinə polis sövq edilib. Boykların ölümü ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
Qeyd edək ki, Oleq ruslar tərəfindən işğal edilmiş Berdyanskda hərbi-mülki administrasiyasının mənzil-kommunal təsərrüfat üzrə müavin təyin edilibmiş. Onun həyat yoldaşı isə referendum üzrə şəhərin ərazi seçki komissiyasına rəhbərlik edirmiş.
Gülayə Mecid