Almaniya hökuməti enerji böhranının qarşısını almaq üçün üç böyük qaz şirkətini milliləşdirməyə çalışır.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg"in məlumat yayıb.
Bildirilir ki, Almaniya hakimiyyəti ölkənin enerji problemlərinin əsas həlli kimi "Uniper", "VNG" və "Securing Energy for Europe" şirkətlərinin milliləşdirilməsi ilə bağlı danışıqlar aparır.
Enerji boşluğunu doldurmaq üçün Rusiya qazının axını olmadan Almaniya çöküşün qarşısını almaq üçün hansı qəti addım atacağını düşünür.
Bu üç şirkəti əldə etmək asan olmayacaq, çünki "Unipar"ın əksər nəzarət paketi hələ də Finlandiyanın Fortum kommunal şirkətinə məxsusdur. Üstəlik, SEFE-nin milliləşdirilməsi Rusiyaya pul vəsaitlərinin gözlənilmədən köçürülməsinə səbəb ola bilər, çünki şirkət Palmary Səhmdar Cəmiyyəti adlı Rusiya hüquqi şəxsinə məxsusdur.
Almaniyanın aprel ayında qəbul etdiyi qanun milliləşdirməyə icazə versə də, çox güman ki, şirkətin Rusiya sahiblərinə ödənişlər də tələb olunacaq.
Gülayə Mecid