Rusiya 41 Avstraliya vətəndaşını, o cümlədən jurnalistlər, hərbi-sənaye kompleksinin nümayəndələri və bələdiyyə deputatlarını "stop" siyahısına salıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.
“Kollektiv Qərbin rusofobik kampaniyası çərçivəsində Avstraliya hökumətinin Rusiya fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi siyasi motivli sanksiyalara cavab olaraq, podratçılar arasından əlavə 41 avstraliyalı üçün ölkəmizə qeyri-müəyyən müddətə giriş bağlanıb.
Moskva Kanberranın anti-Rusiya kursuna sadiq qalmaq və yeni məhdudiyyətlər tətbiq etmək istəyini nəzərə alaraq, Avstraliya ilə bağlı Rusiyanın stop-listinin genişləndirilməsi üzərində işləməyə davam edəcək.
"Rəsmi Kanberranın anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiyalar istehsal etməyə davam etdiyini nəzərə alsaq, Rusiya stop-listinin yenilənməsi üzrə işlər davam etdiriləcək", - nazirlik bildirib.