"Sportico" portalı 2022-ci ilin ən çox qazanan futbolçularının siyahısını dərc edib.
"Unikal" xəbər verir ki, siyahının ilk pilləsində PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb. 23 yaşlı oyunçu Paris təmsilçisi ilə 2022-ci ilin mayında imzalanan yeni müqavilə sayəsində ötənilki lider və komanda yoldaşı Lionel Messini qabaqlayıb.Nəşr müəyyən edib ki, 2022/2023 mövsümündə Mbappe 125 milyon dollar qazanacaq. Bunun 105 milyonu futbolçunun maaşı, 20 milyon dolları isə müxtəlif sponsorluq müqavilələridir.

Prestijli siyahıda ikinci yerdə “Mançester Yunayted”in 37 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. Onun gəliri 113 milyon dollardır (52 milyon dollar + 60 milyon dollar) var. Messi yenilənmiş reytinqdə yalnız üçüncü pillədə qərarlaşıb. Argentinalı futbolçu 110 milyon dollar qazanacaq (62 milyon dollar maaşdan, 48 milyon dollar sponsorluq müqavilələrindən).

“Sportico”ya görə 2022/23 mövsümünün ən çox qazanan10 futbolçusu aşağıda adları qeyd olunanlardır

1. Kilian Mbappe (PSJ) - 125 milyon dollar (105 milyon dollar maaş + 20 milyon dollar sponsorluq)

2. Kriştiano Ronaldo (“Mançester Yunayted”) - 113 milyon dollar (53+60)

3. Lionel Messi (PSJ) - 110 milyon dollar (62+48)

4. Neymar (PSJ) - 91 milyon dollar (56+35)

5. Məhəmməd Salah (“Liverpul”) – 39,5 milyon dollar (24,5+15)

6. Eden Hazard (“Real”) – 31,3 milyon dollar (28,6+2,5)

7. Andres İnyesta (“Vissel Kobe") - 30 milyon dollar (23+7)

8. Rahim Sterlinq (“Çelsi”) – 29,4 milyon dollar (21,4+8)

9. Kevin De Breyne (“Mançester Siti”) - 29 milyon dollar (25,5+3,5)

10. Antuan Qrizmann (“Atletiko”) 27,5 milyon dollar (22+5,5)