Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

"Unikal" xəbər verir ki, turun son görüşündə "Qarabağ" komandası "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 18-ə yüksəldib və "Neftçi"yə çatıb. "Zirə" isə 10 xalla 6-cı sırada qərarlaşıb.