AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
"Unikal" xəbər verir ki, Mehdiyeva qadınlar arasında Çexiyada "Sparta" (Praqa) və İtaliyanın "Roma" komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sentyabrın 21-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.