Cüdo üzrə Azərbaycan milli komandasının oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Federasiyadan "Unikal"-a verilən məlumata görə, 8 gün davam edəcək mundialda ölkənin 11 idmançısı mübarizə aparacaq.
Cüdoçulara performans direktor Mark van der Ham, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.
Dünya çempionatında fərdi yarışlar 6 - 12 oktyabrda, komanda yarışları isə 13 oktyabrda olacaq. Göprüşlər Daşkənddə yerləşən “Humo Arena”da baş tutacaq.
Qadınlar
48 kq.
Leyla Əliyeva
52 kq.
Gültac Məmmədəliyeva
Kişilər
60 kq.
Kəramət Hüseynov
66 kq.
Orxan Səfərov
Yaşar Nəcəfov
73 kq.
Rüstəm Orucov
Hidayət Heydərov
81 kq.
Səid Mollayi
90 kq.
Məmmədəli Mehdiyev
100 kq.
Zelim Kotsoyev
+100 kq.
Uşanqi Kokauri
Qeyd edək ki, dünya çempionatına ümumilikdə 80-dən çox ölkədən 500-dən çox idmançı qatılacaq.