İsveçrəli futbolçu Nikolas Şindelholts xərçəng xəstəliyindən vəfat edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, müdafiəçi 34 yaşında dünyasını dəyişib.
2020-ci ilin yayında Şindelholtsa xərçəng diaqnozu qoyulub. Oyunçu daha sonra peşəkar karyerasını başa vurduğunu açıqlayıb.