ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistan və Azərbaycan arasındakı gərginliyi müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunur ki, Blinken ABŞ-ın iki ölkə arasında dialoqu təşviq etməyə və uzunmüddətli siyasi nizamlanmaya nail olmağa hazır olduğunu təsdiqləyib.

18:50

Çavuşoğlu və Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.

"Unikal" xəbər verir ki, tərəflər Suriya məsələsinə dair fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, görüş Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasının iclası çərçivəsində Nyu-York şəhərində baş tutub.