Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"  apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.