Kanadalı memarlıq firması Dubayda Yerin peyki olan Aya bənzəyən kompleks hazırlayıb. Tikintinin iki il çəkəcəyi gözlənilsə də, layihənin 5 milyard dollara başa gələcəyi təxmin edilir.

"Unikal" xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin əmirliyi olan Dubay çılğın memarlıq layihələri ilə tanınır. Dubayda dünyanın təbii peyki olan Aya bənzəyən lüks otel tikiləcək. Kanada memarlıq firması tərəfindən layihələndirilən strukturun hündürlüyü 225 metr olacaq. Lakin bu otel həm də ticarət mərkəzi kimi dizayn edilib. Beləliklə, Dubayda Aya ildə 10 milyon ziyarətçi cəlb etmək hədəflənir.

Dizaynın orijinallığını artırmaq istəyən memarlar binaya astronavtlar üçün təlim mərkəzi əlavə ediblər. Həmçinin ayda 144 mənzil olacaq.

Təxminən 2 ilə başa çatdırılması planlaşdırılan layihənin dəyəri beş milyard dollardan çoxdur.