Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç yığmada tarixi uğura imza atıb.
"Unikal" xəbər verir ki, o, buna UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Avstriya ilə görüşdə (3:1) fərqlənməklə nail olub. L.Modriç qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açıb. Nəticədə 37 yaş 16 günlüyündə olan yarımmüdafiəçi Xorvatiya yığmasının tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu adını qazanıb. Bundan əvvəlki rekord Niko Kovaça məxsus idi - 36 yaş 327 gün.
Qeyd edək ki, Modriç 2006-cı ildən Xorvatiya millisinin üzvüdür.