Rusiyanın “Ximki” klubunun yeni idman direktorunun adı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi “Facebook” səhifəsində məlumat yayılıb. Xəbərə görə, bu vəzifəyə Anar Məmmədov təyin edilib.
Azərbaycanlı futbol funksioneri daha əvvəl klubun seleksiya şöbəsində çalışıb.
Qeyd edək ki, “Ximki” 10 turdan sonra 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.