"Fənərbağça" futbolçusu Filip Novakla vidalaşıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Çexiyalı futbolçunun karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubunda davam etdirmək istədiyi bildirilir.
Qeyd edək ki, Novak 2020-ci ilin yayından "sarı-lacivərtlər"in formasını geyinirdi.