“2021-ci ildə İran Ermənistana Qərbi Zəngəzurda hərbi təlim keçirməyi və baza yaratmağı təklif edib”
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın eks prezidenti Robert Koçaryan deyib. Onun sözlərinə görə, Ermənistan Rusiyanın orada mövcudluğuna görə bu təklifləri qəbul edə bilməyib.
Daha maraqlısı isə odur ki, Rusiyanın getməsi və Amerikanın daxil olması ilə Ermənistan bunu yenə də qəbul edə bilməyəcək.
İran rejimi nəinki Zəngəzurda baza qura bilməyəcək, yəqin ki, orada Amerika bazasının yaradılmasının şahidi olacaq.
Sonra bəzilərinin vəziyyəti maraqlı olacaq.
Gültəkin Ələsgər