Rumıniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyanı tərk etməyi və bu ölkəyə lazımsız səfərlərdən çəkinməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, sənədə əsasən, Rusiyada baş verən son hadisələr, o cümlədən qismən səfərbərlik fonunda Rumıniya XİN öz vətəndaşlarını Rusiya ərazisini mümkün qədər tez tərk etmək barədə düşünməyə çağırıb.
Nazirlik əlavə edib ki, Rumıniya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumun nəticələrini tanımır.