Qırğızıstanın təhsil və elm naziri Almazbek Beyşənəliyevə xüsusilə külli miqdarda rüşvət alarkən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hazırda Beyşənəliyevin Qırğızıstan universitetlərinə əcnəbi tələbələri qəbul etdirməsi üçün 110 min dollar rüşvət alması faktı araşdırılır. Ölkənin Daxili İşlər Nazirliyi cinayət işinin istintaqının nəticələri ilə bağlı əlavə məlumat verəcəyini vəd edib.