Almaniya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Toni Kross mövsümün sonunda karyerasını başa vura bilər.

"Unikal" AS nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasının pik nöqtəsində futbolla vidalaşmağı düşünür.

Kroos meydanın mərkəzində gənclərin oynamasının tərəfdarıdır.

Qeyd edək ki, Toni Kroos 2014-cü ildən "Real Madrid"də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.