Roma Papası Fransisk Ukrayna və Rusiya arasında ən böyük əsir mübadiləsinə şərait yaradıb.
Bu barədə "Unikal" pontifikin Qazaxıstana son səfəri zamanı verdiyi bəyanata istinadən xəbər verir.
"Bəzi Ukrayna nümayəndələri məni görməyə gəldi... Əsirlərin mübadiləsinə cavabdeh olan hərbi rəis də gəldi, yenə prezident Zelenskinin dini müşaviri ilə. Bu dəfə mənə 300-dən çox əsirin siyahısını gətirdilər. Məndən nəsə etməyimi istədilər ki, mübadilə baş versin. Mən dərhal Rusiya səfirinə zəng edərək nəyinsə edilə biləcəyini, əsirlərin mübadiləsini sürətləndirməyin mümkün olub-olmadığını öyrəndim", - Papa bildirib.
Pontifik xatırladıb ki, Ukrayna ərazisinə genişmiqyaslı müdaxilə başlayandan dərhal sonra o, Rusiyanın Vatikandakı səfirliyinə gedib və artıq Ukrayna prezidenti Vladimir Zelenski ilə iki dəfə danışıb.
O, bir neçə dəfə Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə pislədiyini də vurğulayıb.
“Mən Ukraynaya təcavüzü qəbuledilməz, iyrənc, mənasız, barbar, küfr dolu təcavüz adlandırdım... Bütün bəyanatları oxuyun”, - Fransisk deyib.
Ramil Zeynallı