Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişikliyi olub.
"Unikal" xəbər verir ki, dəyişikliklə AMEA-nın mətbuat katibi vəzifəsi ləğv edilib.
Bu vaxtadək AMEA-nın mətbuat katibi vəzifəsində çalışan Azadə Balayevanın isə yaxın günlərdə akademiyanın institutlarından birində ictimaiyyətlə əlaqələr şöbəsinə təyinat alacağı gözlənilir.