Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirlərinə dair görüş keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə BŞTİ, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi, SOCAR “Azəriqaz” İB və “Azəristiliktəchizat” ASC-nin rəhbər şəxsləri iştirak ediblər. Görüşdə məqsəd təhsil müəssisələrinin istilik və qazla təminatı baxımından öncəki illərdə toplanmış təcrübə və yeni yanaşmalar sayəsində müsbət irəliləyişə nail olmağın mümkünlüyünə əminliyin təminatından ibarət olub.
Elə bu məramla çıxış edən SOCAR “Azəriqaz” İB-nin Baş direktorunun satış üzrə müavini R.Cavadov görüşün əhəmiyyətinə toxunaraq təmsil etdiyi qurumun fəaliyyətindən asılı olan məsələlərin həllinə hər cür dəstək verməyə hazır olduqlarını bildirib.