"Yalnız bu oyun barədə danışa bilərəm. Bu gün qalib gəldilər. Onları təbrik etmişəm. Bu yalnız bir matçdır".
"Unikal" xəbər verir ki, bunu “Qarabağ” - “Neftçi” (3:1) oyunundan sonra jurnalistlərin suallarını cavablandıran qonaq komandanın baş məşqçisi Laurentsiu Reqhekampf deyib.
O bildirib ki, oyuna yenidən baxmalı, analiz etməlidir: " “Neftçi”yik, bizə heç kimə çatmağa ehtiyac yoxdur. Hər oyunda qələbə qazanıb, titula sahib olmağa çalışmalıyıq. Planımız budur. Bu təkcə “Neftçi” və “Qarabağ” arasında olan mübarizə deyil".