İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

"Unikal" xəbər verir ki, “Arsenal” - “Tottenhem” matçında ev sahibləri böyük hesablı qələbə qazanıblar. Rəqibini 3:1 hesabı ilə məğlub edən "Arsenal" xallarının sayını 21-ə çatdırıb.

Digər oyunlarda "Çelsi" səfərdə "Kristal Pelas"a 2:1 hesabı ilə qalib gəlib. "Liverpul" isə evdə "Brayton"la heç-heçə edib - 3:3

Qeyd edək ki, turnir cədvəlinə 21 xalla (8 oyun) "Arsenal" başçılıq edir. "Mançester Siti" 17 xalla 2-ci (7 oyun) , "Tottenhem" 17 xalla (8 oyun)  3-cüdür.