Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 11-ci tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda öz meydanında "Slaven"ə 4:1 hesabı ilə qalib gəlib. M.Emreli görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 31 xalla liderdir.