İndoneziyadan futbol matçından sonra azarkeşlər arasında iğtişaş baş verib.
"Unikal" bu barədə İndoneziya mətbuatına istinadən xəbər verir. Belə ki, futbol matçından sonra faciə oktyabrın 2-nə keçən gecə Malanq şəhərindəki Kanjurukhan stadionunda baş verib.
Şənbə günü İndoneziya çempionatının oyununda “Arema” və “Parsebaya” komandaları qarşılaşıb və oyun 3:2 hesabı ilə ikincilərin xeyrinə başa çatıb.
Final fitindən sonra "Arema" azarkeşləri meydana axışıblar.
Təşvişə düşən azarkeşlər stadionu tərk etməyə çalışıblar, nəticədə izdiham yaranıb. Qadınlar və uşaqlar da daxil olmaqla 127 nəfər həlak olub.
180 nəfər xəstəxanaya yerləşdirilib.
Ramil Zeynallı
BREAKING: At least 127 people killed, 180 injured in riot at football stadium in Indonesia, police say pic.twitter.com/WmuI67yJoi
— BNO News (@BNONews) October 1, 2022