Rusiyalı şahmatçılar digər ölkələr kimi bütün beynəlxalq yarışlarda iştirak etməlidir.
"Unikal" xəbər verir ki, bu sözləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov TASS-a açıqlamasında deyib.
35 yaşlı qrossmeyster idmanın, mədəniyyətin və incəsənətin siyasətdən kənarda qalmalı olduğunu bildirib.
Rəcəbovun fikrincə, Rusiya şahmatçıları da beynəlxalq turnirlərə qatılmalıdırlar:
"Mən özüm də müəyyən mənada pasifistəm. İstərdim ki, hər kəs öz düşüncələrinə baxmayaraq yarışlarda iştirak etsin".
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya və Belarus yığmalarının turnirlərə qatılmasını qadağan edib. Hər iki ölkə təmsilçiləri FIDE bayrağı altında fərdi yarışlarda mübarizə apara bilər.