Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Sabah"ı qəbul edib.
Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib - 1:0. Görüşdəki yeganə qolu 90+1-ci dəqiqədə Abdulaye Ba vurub.
Qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sabah" ikinci pilləyə yüksəlib. Meydan sahibləri 2 xalla sonucu - 10-cu sırada qalıb.
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Kəpəz"lə üz-üzə gələcək. Turun əvvəlki oyunlarında "Qəbələ" səfərdə "Səbail"i 2:1, "Zirə" "Turan Tovuz"u 3:1, "Qarabağ" isə evdə "Neftçi"ni 3:1 hesabı ilə üstələyib.