Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək.
"Unikal" nazirliyə istinadən xəbər verir ki, qəbul oktyabrın 10-da, saat 10:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində (Zərifə Əliyeva küçəsi, 16) ünvanında) keçiriləcək.
Qəbula yazılmaq üçün oktyabrın 9-na qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək olar.